Hazırda bütün dünyada yayılan çikunqunya virusunun İtaliya və Fransada yoluxma halları aşkarlanıb.
HİT.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat xidməti məlumat yayıb.
"Hind okeanındakı ada epidemiyası ilə əlaqəli idxal halları Avropada bildirilməkdə davam edir, yerli ötürülmə Fransada və şübhəli hallar İtaliyada aşkar edilib", deyə məlumatda qeyd edilir.
Bildirilir ki, çikunqunya hazırda əsasən Hind okeanının adalarında və bütövlükdə Cənubi Asiyada yayılır.
Çikunqunya Biters cinsinə aid ağcaqanadların dişləməsi ilə ötürülən arbovirusdur. Xəstələnənlər bədən istiliyində sıçrayış - 40° C-ə qədər, baş ağrıları, oynaq və əzələ ağrıları, zəiflik, ürəkbulanma və səpgi hiss edirlər. Xəstəliyin qarşısını almaq üçün peyvəndlər var.
Samir