RU

Baş prokurorun oğlu ayaqlarını çölə çıxarıb maşın sürdü -VİDEO

Qaziantepdə sürücünün ayağını pəncərədən çölə çıxarıb maşın sürməsinin görüntüləri sosial mediada yayılıb. Sürücünün Qaziantep Region Ədliyyəsi baş prokuroru M.B.nin oğlu olduğu öyrənilib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Qaziantep Dairəvi Yolunda ayaqlarını çölə çıxararaq avtomobil idarə edən şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Yol polisi əməkdaşalrının apardığı araşdırmada Cebeler məntəqəsindən İbrahimli istiqamətində hərəkət edən avtomobilin sürücüsünün hərəkətdə olarkən ayaqlarının pəncərədən bayırda olduğu müəyyən edilib.

Həmin şəxsin Qaziantep Region Ədliyyəsi baş prokuroru M.B. olduğu iddia edilib. Hökumətə yaxın olan jurnalist Osman Diyadin bildirib ki, yol hərəkəti üçün təhlükə yaradan şəxs baş prokuror M.B.nin oğludur.

Jurnalist Diyadin sosial şəbəkədə paylaşım edərək yazıb: “Nəqliyyatı idarə edən baş prokuror deyil. Oğlu atasının xəbəri olmadan nəqliyyat vasitəsini götürərək yola çıxıb, belə böyük səhvə və arzuolunmaz görüntüyə səbəb olub ki, bu da cahillikdir”.

Избранный
17
1
heftelik.az

2Источники