“Sumqayıt”dan ayrılan Giorgi Karaişvili ölkəsi Gürcüstana qayıdıb.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Dinamo”ya (Tiflis) keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Karaişvili ilə 2 illik müqavilə imzalanıb.
2024-cü ilin sentyabrından "Sumqayıt"da çıxış edən yarımmüdafiəçi meydana çıxdığı 21 oyunda 1 qol vurub.