RU

Paşinyan erməni kilsəsinə qarşı “Hazır olun!” ƏMRİ VERDİ

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginə vaxt qoyub.

Modern.az-ın məlumatına görə, “İravunk” qəzeti yazır ki, o, ilin sonuna qədər II Qareginin istefasına nail olmaq istəyir.

Paşinyan məqsədlərinə nail olmaq üçün dini cameə daxilində özünə tərəfdarlar tapmağa çalışır: “Məlum olur ki, hazırda baş verən sükut kilsəyə qarşı kampaniyanın dayandırılması anlamına gəlmir, əksinə, bu, ruhanilər arasında həmfikir tapa bilməməkdən irəli gəlir.

Ermənistan Baş naziri komanda yoldaşlarına tapşırıq verib ki, məzuniyyəti başa çatmamış masasına konkret faktlarla dəstək verənlərin siyahısını qoyulmalıdır ki, ilin son bayramına qədər məqsədlərinə çatsınlar”. Qeyd edək ki, Paşinyan iyulun 28-dən avqustun 15-dək məzuniyyətdədir.

“Joğovurd” qəzetində dərc edilən məqalədə isə deyilir ki, Paşinyan hələ də tərəfdarları ilə II Qareginin iqamətgahına daxil olmaq və onu vəzifəsindən kənarlaşdırmaq niyyətindən əl çəkməyib.

“Bizdə olan məlumata görə, Paşinyan komandasına bunun yoxlanılmış, 100 faiz nəticəni təmin edəcək və diqqətlə hesablanmış plana uyğun aparılmalı olduğunu söyləyib. Hakimiyyət əmindir ki, Paşinyanın katolikosu devirmək planı gec-tez həyata keçəcək, bunun üçün sadəcə səbirli olmaq lazımdır.

Baş nazir katolikosun iqamətgahına daxil olmaq üçün konkret vaxt çərçivəsini açıqlamayıb, amma deyib: “Katolikos getməyi nə qədər gecikdirsə, bizim üçün bir o qədər sərfəlidir”.

Hakimiyyətdəki mənbələrimiz əmin edirlər ki, müxtəlif siyasi qüvvələrin bunu etməmək çağırışına baxmayaraq, gec-tez katolikos könüllü istefa verəcək. Hələlik Paşinyan planının təfərrüatlarını komandasına açıqlamasa da, hamı onun əmrlərini nəfəsini kəsib gözləyir”, - qəzet bildirib.

Избранный
12
1
modern.az

2Источники