RU

Almaniyada hərbi helikopter qəzaya uğrayıb

Almaniyada
Almaniyanın Saksoniya əyalətinin Grimma şəhəri yaxınlığında Alman ordusuna məxsus olduğu bildirilən bir helikopterin qəzaya uğradığı açıqlanıb. 1news.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Mulde çayında helikopterin qalıqları aşkar edilib.
Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub, helikopterin qalıqlarının sudan çıxarılması və itkin düşən ekipaj üzvlərinin axtarışı istiqamətində intensiv işlər aparılır. Məlumata görə, qəzadan sonra çaya böyük miqdarda yanacaq sızıb və helikopterin qalıqları çayın ortasında, çətin keçilən bir ərazidə yerləşir.

Almaniya DPA xəbər agentliyinin Leipzig polisindən əldə etdiyi məlumata əsasən, helikopter Alman ordusuna məxsusdur və qəzanın baş verdiyi ərazi hərbi qadağan zona elan edilib.

Избранный
20
1news.az

1Источники