RU

“Real”ın ulduzu bu kluba keçmək istəmir

“Real”ın hücumçusu Rodriqo Qoes “Tottenhem”ə keçmək niyyətində deyil.

 

Sfera.az xəbər verir ki, bu barədə “Footmercato” jurnalisti Santi Auna “X” sosial şəbəkəsində məlumat verib.

 

Daha öncə London klubunun braziliyalı futbolçunun transferi uğrunda mübarizəyə qoşulduğu bildirilmişdi. Lakin əslində “Tottenhem” yalnız sorğu göndərib və klublar arasında rəsmi danışıqlar aparılmır.

 

Məlumata görə, Rodriqo yalnız “mahmızlar”dan daha nüfuzlu bir kluba görə “Real”dan ayrılmağa razı ola bilər.

 

2023/24 mövsümündə Rodriqo Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun “Real” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 90 milyon avro olaraq göstərir.

Избранный
14
1
sfera.az

3Источники