RU

Avtomobil Kürdəmirdə 10 yaşlı uşağı vurdu – Bakıya gətirilir

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb. Belə ki, VAZ 2107 markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayon sakini 2015-ci il təvəllüdlü Rəvan Vasif oğlu Baxşalıyevi vurub.

Ağır bədən xəsarəti alan yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Yaralının vəziyyəti ağır olduğundan həkimlər onu Bakıdakı xəstəxanalardan birinə göndəriblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

Избранный
12
2
bizim.media

3Источники