RU

Şamaxıda ağır qəza – ÖLƏN VAR

Şamaxıda ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Şamaxı rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, “Ford Transit” markalı avtomobil yolun kənarında dayanan “Niva”ya, daha sonra isə “VAZ-2107” markalı avtomobilə dəyib.

 

Nəticədə “VAZ”ın yanında dayanan 44 yaşlı Rasim Ömərov hadisə zamanı aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Избранный
36
1
sfera.az

2Источники