RU

ƏMDX yeni icarə müqavilələrinin bağlanılmasını 21% artırıb

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. 2025-ci ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsi bağlanılıb.Banco.az quruma istinadən xəbər verir ki, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1.900 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2025-ci ilin birinci yarımilliyi ərzində 2.212 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqavilələrinin sayı 21,1% artıb.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-ci ilin eyni dövrü ilə müqayisədə 22,3% artım qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
banco.az

2Источники