Rusiyada Stavropol qubernatoru Vladimir Vladimirovun prezident Putinlə görüşü zamanı səsləndirdiyi tənqidi açıqlamalar Rusiyada şok effekti yaradıb. İyulun 28-də baş tutan görüşdə Stavropol qubernatorunun açıqlamaları Moskva ilə yerli hökumət arasında müharibə ilə bağlı maliyyə gərginliyini çılpaqlığı ilə ortaya qoyub.
Regionda tikinti işlərinin azalması, kirayə haqlarının artması və tibb işçilərinin çatışmazlığını qeyd edən qubernator, böhranın əsas səbəbi kimi yüksək faiz dərəcələrini göstərib.
Qubernator Vladimirov sərt xəbərdarlıq edərək, bölgədə yeni mənzil tikintisinin xeyli azaldığını, qiymətlərin isə sürətlə yüksəldiyini deyərək sərt xəbərdarlıqlar edib. O, həmçinin regionda “ciddi tibb kadrlarının çatışmazlığını” da dilə gətirib.
Meduza xəbər saytı yazır ki, bütün ölkənin yaxından izlədiyi görüşdə Vladimirovun açıq sözlü bəyanatları, ictimaiyyətə açıq görüşlərdə prezidentə təqdim olunan ümumi müsbət hesabatlardan çox fərqli olub. Bu ifadələr xüsusilə Putinin tikinti sahəsində öncüllüyünə görə əvvəllər təriflədiyi Stavropolla bağlı xüsusilə diqqəti cəlb edir.
Qubernator mənzil böhranının əsas səbəbi kimi Rusiyada yüksək faiz dərəcələrini göstərib. Vladimirov 2013-cü ildə hər kvadrat metri 19 min rubl (təxminən 55 dollar) olan mənzillərin indi 130 min rubla (təxminən 150 dollar) yüksəldiyini, lüks yaşayış evlərində isə qiymətlərin 600 min rubla (təxminən 700 dollar) qədər bahalaşdığını deyib.
Rusiya Mərkəzi Bankının 2024-cü ilin oktyabrında faiz dərəcəsini 21 faizə yüksəltməsi tikinti sektoruna mənfi təsir göstərib. Bu faiz yalnız 2025-ci ilin iyununda aşağı salınıb və hazırda 18 faiz təşkil edir.
Vladimirov dövlət xidmətlərində ciddi kadr çatışmazlığının olduğunu da qeyd edib.
Ukraynadakı müharibənin birbaşa təsirindən böyük ölçüdə kənarda olan region, işğal olunmuş Ukrayna ərazilərində yenidənqurma səylərini dəstəklədiyi üçün ciddi dərəcədə büdcə və resurs məhdudiyyətləri ilə üzləşib. Vladimirovun kənd təsərrüfatı subsidiyaları ilə bağlı tənqidləri və kredit dəstəyi istəməsi də Moskva ilə regional hakimiyyət arasında müharibə ilə bağlı maliyyə gərginliyinin göstəriciləri kimi şərh edilir.
TAHİR