RU

Əli Xamenei: “Uranın zənginləşdirilməsi ABŞ üçün bəhanədir, əsas məsələ…” - VİDEO

İranın ali rəhbəri Əli Xamenei bəyan edib ki, ABŞ və Qərbin İranla qarşıdurmasının əsasında nüvə proqramı və insan hüquqları deyil, İslam inancı və ideologiyası dayanır.

Bizim.Media xəbər verir ki, bu barədə fars mətbuatı yazıb.

“Onların nüvə məsələsi, uranın zənginləşdirilməsi, insan hüquqları və sair adlandırdıqları məsələlər sadəcə bəhanədir. Əslində, onlar bizim inancımız və təlimlərimizlə razı deyillər,” – deyə Xamenei bildirib.

“Son müharibə İslam Respublikasının iradə və gücünü göstərdi və sistemin bünövrələrinin nə qədər möhkəm olduğunu sübut etdi. Düşmənlərə baxmayaraq, biz İranı tərəqqi və şöhrətin zirvəsinə çıxara biləcəyik”, -deyə o, qeyd edib.


Bizim.Media

Избранный
10
bizim.media

1Источники