Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Sərt ticarət razılaşması müttəfiqlər arasında mənasız ticarət müharibəsindən daha yaxşıdır”
“Polşa Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında ticarət razılaşmasına görə böyük itkilərlə üzləşə bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Polşanın baş naziri Donald Tusk deyib.
Onun sözlərinə görə, ABŞ-ın Avropa mallarına tətbiq etdiyi tariflər aprel ayında ABŞ Prezidenti Donald Trampın elan etdiyi tariflərin yarısı qədərdir: “Lakin ilkin hesablamalara görə, Polşa təxminən 2,2 milyard dollar itirə bilər”.
"İtkilər Atlantikanın hər iki tərəfi üçün əhəmiyyətli olacaq, lakin sərt ticarət razılaşması müttəfiqlər arasında mənasız ticarət müharibəsindən daha yaxşıdır", - Tusk “X”də yazıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.