“Qarabağ” sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Şelburn”u qəbul edəcək.
“Football-plus.az” xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu gün “Azərsun Arena”da oyunöncəsi mətbuat konfransı keçirib.
- Oyuna yaxşı hazırlaşmışıq. Səfərdə olanda qeyd eləmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Sabah daha yaxşı oynamağa çalışacağıq.
- FCSB-nin prezidenti Cici Bekalinin məlum ifadəsinə münasibətiniz?
- Xarakterimi bilirsiz. Hələ cavab oyunumuz var. Diqqətimiz sabahkı oyundadı. Hansısa atmacaya cavab verə bilmərəm. O insanla əlaqəm yoxdusa, o haqda fikir bildirə bilmərəm. Bizə tanış komandadı, ötən mövsüm oynamışıq. Fikrimizin yayınmasını istəmirik.
- Zədəlilərin durumu nə yerdədi?
- Yankoviç və Bolt sabah böyük ehtimalla olmayacaq. Bolt 100 faiz oynamayacaq. Son vaxtlar dünya futbolunda zədəlilərin sayı çoxalır.
- Hücum xəttinin vəziyyətindən razısız?
- Ən çox vaxt itirdiyimiz mövqe hücumçu idi. Həddən artıq çox futbolçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu ilə sanki razılaşmışdıq, amma alınmadı. Hələ də axtarırıq – həm hücumçu, həm də yarımmüdafiəçi. Hücumçularım zəif deyil. Məmnunam, onlardan çox razıyam. Hücumçu axtarmaq məqsədim möhkəmlənməkdi.
– Mateus Silva artıq mərkəz müdafiəçisidi. Bunun səbəbi Bədavi ilə Medinanın performansıdı?
– Mateus universal futbolçudu. Elə futbolçulardan xoşum gəlir. Bu mövqedə onun çox üstün cəhətləri var. Özünü çox yaxşı doğruldub – həm sürəti, həm də təkbətək mübarizələri çox yaxşıdı. Belə universal futbolçulara daha çox dəyər verirəm. Bədavi ilə Kevinin də özünəməxsus xüsusiyyətləri var. Hər futbolçudan özünəməxsus şəkildə yararlanmağa çalışırıq.
- “Qarabağ”da əsas qapıçı anlayışı formalaşmayıb. Bunun səbəbi nədi?
– Məşqlərdəki performansdan çox şey asılıdı. Həm Koxalski, həm Buntiç, həm də Şahruddindən razıyam.
– Mmaeeni hansı xüsusiyyətlərinə görə transfer etdiz?
– Bütün xüsusiyyətlərinə görə. Çox yaxşı müdafiəçidi. Bizim oyun üslubumuza uyğun gəlir. Yavaş-yavaş komandaya uyğunlaşır, hələ tam hazır deyil.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта