RU

Kürdəmirdə 10 yaşlı uşağı maşın vurdu

ain.az, Yenisabah saytına istinadən bildirir.

Kürdəmirdə baş verən yol qəzasında azyaşlı xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, 1996-cı il təvəllüdlü rayon sakini, Mansur Pənahov idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə 2015-ci il təvəllüdlü piyada Rəvan Baxşəliyevi vurub.

Zərərçəkən müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. pizza

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Həkimlər R. Baxşəliyevin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
9
yenisabah.az

10Источники