2025/26 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, klub yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə sözləşməni yeniləyib. Sumqayıt Akademiyasının yetirməsi olan 23 yaşlı futbolçu daha 2 il bu komandanın formasını geyinəcək. 

Qeyd edək ki, Səbuhi 2019-cu ildən "Sumqayıt"da çıxış edir.