RU

Habil Vəliyevin cəzası 1 il azaldıldı

Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsaəsn Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Sezar pizza

Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

O, bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
23
yenisabah.az

10Источники