RU

Ermənistan Prezidenti: “Zəngəzur dəhlizi ölkə üçün inkişaf qapısı ola bilər” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Zəngəzur dəhlizinin Ermənistan üçün əhəmiyyətindən danışıb.

KONKRET.az xəbər verir ki, Erməni KİV-lərinin yaydığı məlumata görə, prezident bildirib ki, 43 kilometrlik Sünik yolunun açılması ölkə üçün böyük imkanlar yaradacaq:

“Əgər Sünikin 43 kilometrlik hissəsini açsaq, bu, böyük imkanlar yaradacaq. Artıq bu bölgə — sülhün kəsişmə nöqtəsi — beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Biz sadəcə mövcud reallığı nümayiş etdiririk. Məqsədimiz sülh sazişinin tezliklə imzalanmasıdır”, – deyə Xaçaturyan vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
konkret.az

1Источники