Ankarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş başlayıb...
Bu barədə “Report” Akordanın mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, Kasım-Jomart Tokayevi sarayın girişində Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qazaxıstan liderinin gəlişi şərəfinə fəxri qarovul düzülüb. İki ölkənin dövlət himnləri səsləndirilib və 21 artilleriya atəşi açılıb.
Fəxri qarovul dəstəsinin önündən keçdikdən sonra iki dövlətin liderləri bir-birinə rəsmi nümayəndə heyətlərinin üzvlərini təqdim ediblər. Mərasimdən dərhal sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.
***
Kasım-Jomart Tokayev Türkiyədə rəsmi səfərdədir.
APA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi rəsmi mərasimlə qarşılayıb.
Tokayevin Esenboğa Hava Limanında qarşılanma mərasimində həmçinin Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər müşayiət ediblər.
Prezidentlər hava limanının Şərəf Zalında qısa görüş keçiriblər.
Poliqon.info