RU

11 min il əvvəl nəsli kəsilmiş heyvanın kəlləsi tapılıb

11

Kanadanın Yukon bölgəsində arxeoloqlar unikal bir tapıntı ediblər.

Reyting.az
xəbər verir ki, qazıntılar zamanı tapılan, 11 min il əvvəl nəsli kəsilmiş qədim bir atın kəllə sümüyü arxeoloqları heyrətə gətirib.

Arxeoloqlar təxminən 30 min il əvvəl yaşamış vəhşi ata məxsus olan və çox mükəmməl şəkildə qorunub saxlanılmış kəllə sümüyünü üzə çıxarıblar. Bu qədim tapıntı böyük qızıl yataqları ilə tanınan Klondayk bölgəsində aşkarlanıb. Buzla örtülmüş torpaq qatından əvvəlcə yalnız çənə sümüyünün bəzi fraqmentləri görünməyə başlayıb, lakin tədqiqatçılar ilıq su şırnaqlarının köməyi ilə sahədəki bu qədim və nadir tapıntını əldə etməyi bacarıblar.

Məlumata görə, alimlər bütöv kəllə sümüyünü zədələmədən çıxarıblar.

Bu barədə "LiveScience" məlumat yayıb. Yeni nadir tapıntı ilə bağlı danışan Yukon Paleontologiya Proqramının əməkdaşları, mütəxəssisləri bildiriblər ki, üzə çıxan bu qədim tapıntı buzaqədərki dövrə aid at kəllələrinin arasında ən yaxşı qorunmuş nümunələrdən biridir. Qismən çıxmış iti dişlərə əsasən, bu kəllənin təxminən 1,2 metr hündürlüyündə cavan bir erkək ata məxsus olduğu düşünülür. Bu ölçü həmin dövrdəki atlar üçün xarakterikdir, çünki ehtimal olunduğu kimi, qədim cinslərin əksəriyyəti müasir atlardan kiçik olublar.

Hazırda alimlər bu heyvanın dəqiq növünü müəyyən etmək üçün genetik analiz aparmağı planlaşdırırlar. Əgər DNT çıxarıla bilsə, bu, onun müasir at cinsləri ilə qohumluq əlaqələrini dəqiq müəyyənləşdirməyə kömək edəcək. Həmçinin kəllə sümüyünün yaşın dəqiqləşdirmək üçün radiokarbon analizi aparılması nəzərdə tutulur.

Alimlərin fikrincə, tapıntı tədqiqatçılara qədim atların buz dövrünün dözülməz sərt şəraitində necə sağ qaldığını və niyə onların əksəriyyətinin 11 min il öncə eyni dövrlərdə yoxa çıxdığını aydın anlamağa kömək edəcək. Artıq indidən belə hesab olunur ki, bu kəllə sümüyü son illərin ən nadir paleontoloji tapıntılarından biridir.

Oqtay QORÇU
Избранный
7
1
reyting.az

2Источники