RU

İyulun 30-da qaz kəsiləcək - Bu ərazilərdə

Sabah Sabirabad rayonunun 9 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, diametri 315 və 160 mm "Ulacalı-Suqovuşan" orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı aprılacaq. Bu məqsədlə iyulun 30-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Suqovuşan, Məmişlər, Kürkəndi, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Qəfərli, Əsədli kəndlərində (ümumi 3 882 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Избранный
60
30
hurriyyet.az

10Источники