RU

Binəqədidə səkini “abadlıq” adı altında da zəbt edirlər FOTO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtda səkilərin özəlləşdirilməsi prosesi artıq bəzi şəxslər tərəfindən peşəkar səviyyəyə yüksəldilib.

Avtosfer.az xəbər verir ki, Bakının Binəqədi rayonunda uzun illərdir səkilər zəbt edilir vəaidiyyəti qurumlar bu məsələyə heç bir reaksiya vermir. Bu isə piyadaların vaxtaşırı əziyyət çəkməsinə, həyatlarını riskə ataraq avtomobil yolu ilə hərəkət etməyə məcbur qalırlar.

Belə ki, rayonun Süleyman Sani Axundov küçəsində “Elite” Ticarət Mərkəzinin yaxınlığında kimin etdiyi məlum olmayan qəribə hal yaranıb. Səki ətrafı çəpərlənmiş kol və otlarla zəbt edilib. Uzun məsafəni səki ilə getməli olan vətəndaş yolun bu hissəsinə çatarkən artıq yola düşür və irəliləməyə məcbur qalır.

Mütəxəssislər bu halı vətəndaşın “abadlıq fırıldağı” adlandırır. Bu cür zəbtlərin qarşısı alınarkən vətəndaş əlində əsas gətirir ki, zəbt yoxdur, sadəcə abadlaşdırma halı var. bəzən qurumlar bu məsələdə aciz qaldığı üçün hansısa cəza tədbiri görə bilmirlər.

Eyni vəziyyət rayonun Binəqədi şosesi tərəfdə də yaşanır. Lakin bu dəfə bir başa sürücülər tərəfindən. parklama zonasında yer tapmayan sürücülər avtomobili ya birbaşa səkidə, ya da səkinin önünü kəsəcək şəkildə parka edib ərazidən uzaqlaşır. 10-XZ-534 nömrəli “Tofaş” markalı avtomobil də səkinin önünü kəsib və piyadaların hərəkətinə maneə yaradıb.

Rayon sakinləri yaranan vəziyyətin aidiyyəti qurumlar tərəfindən qanunvericiliyə uyğun şəkildə düzəldilməsini xahiş edir.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
avtosfer.az

2Источники