RU

Donald Tramp: Artıq beş müharibəni dayandırmışam

ABŞ prezidenti Donald Tramp Şotlandiyaya səfəri zamanı 5 müharibəyə son qoyduğunu bildirib.

Aberdində “Trump International Golf Links”də yeni qolf meydançasının açılış mərasimində çıxış edən Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ dünən bu münaqişələrdən birini dayandıra bilib: “Bildiyiniz kimi, biz dünən bir müharibəni dayandırdıq (Tayland və Kamboca arasındakı münaqişə). Amma ümumilikdə, biz artıq beş müharibəni dayandırmışıq. Bu, nə qədər sevməyimdən asılı olmayaraq, qolf oynamaqdan daha vacibdir”, – Amerika lideri bildirib.

Bundan əvvəl ABŞ prezidenti Tailand və Kamboca arasında münaqişənin vəziyyətə şəxsi müdaxiləsi sayəsində dayandırıldığını deyib. Tramp tərəflərin atəşi dayandırmaq barədə razılığa gəldiyini vurğulayaraq, həmçinin əlavə edib ki, o, hər iki ölkənin nümayəndələri ilə ticarət əlaqələrinin bərpası barədə göstəriş verib.

//Samir Qurbanov, Editor.az

Избранный
13
editor.az

1Источники