RU

Tramp Rusiyaya 10 gün vaxt verdi

ABŞ prezidenti Donald Tramp Şotlandiyadan ABŞ-a qayıdarkən təyyarədə mətbuat mənsublarının suallarını cavablandırıb.

Marja xəbər verir ki, Tramp, "Bu gündən etibarən Rusiyaya 10 gün vaxt verirəm. Sonra tariflər və buna bənzər şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Aydındır ki, Rusiya prezidenti Vladimir Putin müharibəni davam etdirmək istəyir, amma biz tariflər tətbiq edəcəyik".

Tramp iki ölkə arasında ən qısa zamanda sülh razılaşmasının əldə olunmasını istədiyini, lakin Rusiyanın bu istiqamətdə heç bir səy göstərmədiyini düşündüyünü bildirib.

Tramp bir gün əvvəl verdiyi açıqlamadan sonra, “Ayıbdır” deyərək, Putindən heç bir cavab almadığını bildirib.

 

Избранный
6
1
marja.az

2Источники