Bakı. Trend:
"Aviq" Mənzil-Tikinti Kooperativi (MTK) təşkilati-hüquqiformasını dəyişir.
Trend xəbər verir ki, bubarədə şirkət özü elan edib.
Bildirilib ki, MTK təşkilati-hüquqi formasını dəyişdirərəkməhdud məsuliyyətli cəmiyyətə (MMC) çevirilir.
Sözügedən şirkət 2007-ci ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 300 manat olan şirkətin qanuni təmsilçisiƏsgərov Əliyar Əsgər oğludur.
Qeyd edək ki, "Aviq" MTK-nın hazırda dövlətə 697 755 manat vergiborcu var.