RU

Hüquq-mühafizə orqanlarına işə düzəltmək adı ilə 43800 manatlıq dələduzluq etdi – QƏRAR

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Yunis Hacıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Yunis Hacıyev tanışı, Bakı şəhər sakini, zərərçəkmiş D.D.-ni (adı, soyadı şərtidir) hüquq-mühafizə orqanlarının birinə işə düzəldəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib. O, zərərçəkmiş şəxsdən 2023-cü ilin aprel ayından avqust ayınadək olan müddət ərzində Bakı şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə 43800 manat məbləğində nağd pulu dələduzluq yolu ilə ələ keçirib.


Bundan başqa, Yunis Hacıyev tanışı, Göyçay rayon sakini, zərərçəkmiş B.B.-nin (adı, soyadı şərtidir) arvadını məktəbdə işə düzəldəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib. O, zərərçəkmiş şəxsdən 2023-cü ilin avqust ayında ümumilikdə 1500 manat məbləğində pul alıb.


Göyçay Rayon Məhkəməsinin hökmü ilə Yunis Hacıyev 2 il 11 ay 17 gün müddətə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 30 İyul 2025, 09:11   
Избранный
16
pravda.az

1Источники