RU

Yaponiyada güclü zəlzələdən sonra sunami oldu

Yaponiyanın şimal və şərq şərqində baş verən güclü zəlzələnin ardından sahil sularında sunami müşahidə olunub.Metbuat.az ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, sunami Honsyu adasının Miyaqi prefekturasındakı İsinomaki limanında qeydə alınıb. Burada suyun səviyyəsi 50 sm yüksəlib. Hokkaydo adasının şərqində isə sunaminin hündürlüyü 30 sm təşkil edib.

Qeyd edək ki, bundan öncə Yaponiya Meteorologiya Agentliyi 8,8 bal gücündə zəlzələdən sonra sahilboyu ərazilərdə 3 metrə qədər sunami dalğalarının ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Hokkaydo və Vakayama prefekturalarının sakinlərinə yüksək ərazilərə köçmək tövsiyə olunmuşub.

Избранный
69
metbuat.az

1Источники