RU

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası keçirilib

Bakı. Trend:

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupununvideokonfrans formatında növbəti iclası keçirilib.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iclasdaAzərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Nazirliyinin,İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət StatistikaKomitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AzərbaycanRespublikasının Prezidenti yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Agentliyinin məsul şəxsləri iştirak edib.

Qeyd edilib ki, iclasda işçi qrupunun cari il üzrə təsdiqedilmiş fəaliyyət planının icrası istiqamətində I yarımillikdəgörülmüş işlər barədə hesabatlar dinlənilib. Hesabatlar büdcəşəffaflığının təmin edilməsi, borc dayanıqlılığı, dövləttənzimlənməsi yükü, monetar azadlıq, Qlobal İnnovasiyalar İndeksi,həmçinin təbii resursların effektiv idarə edilməsi kimi məsələləriəhatə edib.

İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın Pul siyasətidepartamentinin direktoru Azər Ələsgərov müzakirələriyekunlaşdıraraq təsdiq edilmiş fəaliyyət planının icrasıistiqamətində işlərin davam etdirilməli olduğunu bildirib. O,görülmüş işlər barədə məlumatların daha effektiv kommunikasiyasınınzəruriliyi barədə iclas iştirakçıları ilə fikirlərini bölüşüb.

Избранный
37
5
az.trend.az

6Источники