RU

45 yaşlı Quizanın yeni klubu bilindi

style='margin-bottom:10px;'>

İspaniya millisinin sabiq futbolçusu Daniel Quizanın yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 45  yaşlı hücumçu 7-ci liqa klubu “Rayo Sanlukenyo” ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində "Fənərbağça" (Türkiyə), "Barselona", "Kadis", "Mayorka" və "Xetafe" (hamısı İspaniya) klublarının formasını geyinmiş D.Quizanın son iş yeri İspaniyanın V divizionunda çıxış edən "Rotena" komandası olub. O, İspaniya millisində meydana çıxdığı 21 oyunda 6 qolla yadda qalıb.

Избранный
44
1
teleqraf.com

2Источники