RU

Qan davasından qaçan şəxs Naxçıvanda tutuldu: “Yeni həyat quracaqdım”

Qan davasına görə Türkiyədən Azərbaycana qaçmaq istəyən şəxs sərhədi qanunsuz keçmək istəyərkən saxlanılıb.
 
Saxlanılan şəxs qan davasından qaçaraq Azərbaycanda yeni bir həyat qurmaq istədiyini deyib.
 
Bildirib ki, Azərbaycanda bir xanımla ailə həyatı quraraq burada yaşamaq istəyib.
 
1996-cı il təvəllüdlü Ahmed (ad şərtidir) İğdır şəhəri, Karakoyunlu Alicanlar kəndində qeydiyyatda olub. O, illərdir davam edən qan davasından canını qurtarmaq üçün saxta pasport düzəltdirib. Dediyinə görə, həmin pasportu 2021-ci ildə 5 min türk lirəsi verərək tanımadığı şəxsdən alıb. Onun məqsədi qan davasına görə mübahisə böyüyəcəyi halda ölkədən çıxmaq olub.
 
Ahmed 2025-ci ilin aprel ayında Türkiyənin Dilucu sərhəd-buraxılış məntəqəsindən sərhəd nəzərətindən yayınaraq keçməyi bacarıb.
 
Azərbaycana tərəf istiqamətlənən Ahmedin unutduğu bir məsələ olub. Azərbaycan sərhədinə yaxınlaşanda pasportunu təqdim edərək sərhədi qanuni yolla keçməyi düşünüb. Lakin sərhəd əməkdaşları onun pasportunda Türkiyədən çıxış möhürünün olmadığını müəyyən ediblər. Dindirilən zaman Ahmed Türkiyə sərhədini qanunsuz keçdiyini, pasportunun saxta olduğunu etiraf edib.
 
Törətdiyi əməldən peşman olduğunu deyən Ahmed yüngül cəza verilməsini xahiş edib. Məhkəmənin hökmü ilə Ahmed 11 ay azadlıqdan məhrum edilib. Cəzası başa çatdıqdan sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaq.
Избранный
14
2
moderator.az

3Источники