Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib. Şanlıurfanın Viranşehir mahalına yaşayan Türkiyənin ən yaşlı qadını Hodi Gürkan dünən dünyasını dəyişib. Gürkan 1 iyul 1894-cü ildə anadan olub, 131 yaşında olub. Ümumilikdə 7 övladı, 110 nəvəsi və çoxlu nəticəsi olan Gürkan Binekli məhəllə qəbiristanlığında dəfn edilib.