Avropa ölkələrinin orduları yalnız 50 % Şimali Atlantika Alyansının müəyyən etdiyi standartlara cavab verir.
Herbiand.az bildirir ki, bunu Euractiv portalına müsahibəsində Avropanın müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus deyib.
Onun sözlərinə görə, Aİ ölkələrinin hazırkı hərbi imkanları tələb olunan səviyyənin yalnız 50%-ni təmin edir. Məmur bu halın qitənin müdafiə təhlükəsizliyi üçün risklər yaratdığını vurğulayıb.
Nəşr qeyd edir ki, Avropa Komissiyası artıq müdafiə xərclərini artırmaq üçün təşəbbüslər hazırlayır. Xüsusilə, silahların alınması üçün 150 milyard avroya qədər vəsaitin ayrılmasını nəzərdə tutan SAFE proqramı çərçivəsində kreditin imkanlarından daha fəal istifadə etmək təklif olunur.
Kubilyus həmçinin bildirib ki, 2025-ci ilin payızında Aİ ölkələrindən əlavə Britaniya, Norveç və Ukraynanın da iştirak edəcəyi Avropa Müdafiə İttifaqı layihəsi həyata keçirilməyə başlanmalıdır. Avropa komissarı 2030-cu ilə qədər müdafiə qabiliyyətinin artırılması üçün dövlət başçılarına konkret addımlar təqdim etməyi planlaşdırır.
O müsahibəsində Avropanın Amerika silahlarından asılılığının azaldılması zərurətindən də danışıb.
Hazırda Aİ-nin müdafiə xərclərinin təxminən 40%-i ABŞ-dan satınalmalara gedir. 2024-cü ildə bu rəqəm 60% təşkil edib.
Bəxtiyar CƏFƏRLİ