RU

Rusiya bu ölkəyə müdaxilə edəcək: Tarix bəllidir - 100 milyon ayırıb ki...

Moldova prezidenti Maya Sandu bildirib ki, Rusiya sentyabrın 28-nə təyin edilmiş parlament seçkilərinə genişmiqyaslı müdaxilə planlaşdırır.

Bizim.Media xəbər verir ki, Sandu Ali Təhlükəsizlik Şurasının iclasında Moskvanın kriptovalyutalar vasitəsilə seçki korrupsiyasını təxminən 100 milyon avroya qədər maliyyələşdirməklə respublika üzərində nəzarəti bərqərar etməyə çalışdığını iddia edib.

Sandunun sözlərinə görə, Rusiya Moldova siyasi qruplarından, o cümlədən “Pobeda” blokundan istifadə edir, həmçinin səsvermənin nəticələrinə təsir etmək üçün müstəqil namizədləri dəstəkləyir. (Publika.az)

Bizim.Media

Избранный
37
1
bizim.media

2Источники