RU

Aİ ABŞ-yə daha çox güzəştə getməli oldu — AÇIQLAMA

“Dünyanın iki böyük iqtisadiyyatı – ABŞ və Aİ arasında müəyyən bir anlaşmanın olmasının pozitiv təsirləri bu və ya digər şəkildə qlobal bazarlarda, eyni zamanda investor davranışlarında özünü əks etdirməyə başlayıb”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, anlaşmanın detalları üzə çıxandan sonra fərqli istiqamətlərdə fərqli meyillər müşahidə olunur:


“Bu razılaşmadan görünən odur ki, Aİ daha çox güzəştə getməli oldu. Bu, avronun öz dəyərini 1 faizdən artıq itirməsi ilə nəticələnib. 1 avro 1,16 dollara qədər ucuzlaşıb, halbuki razılaşmadan öncə avronun güclənməsi müşahidə olunurdu.
Azərbaycan manatının da digər valyutalara, o cümlədən avroya münasibətdə möhkəmlənməsi prosesinə start verildi. Həmçinin bu pozitiv mühitdə qiymətli kağızlar bazarında, eyni zamanda sənaye indekslərində pozitiv istiqamətli dinamika olmaqla yanaşı, neftin qiymətinin də müəyyən qədər bahalaşması müşahidə olundu.

Görünən budur ki, pozitiv proqnozlar neqativlərdən daha çoxdur. Bunun fonunda ümumi meyillərin müsbət yönümlü olması neftin bahalaşması və ya indiki qiymətini qoruyub saxlaması üçün dəstəkləyici faktor rolunu oynayır. Bu da Azərbaycan aspektindən əhəmiyyətli məqamdır”.

Cavidan Mirzəzadə
Demokrat.az
Избранный
28
demokrat.az

1Источники