RU

Ermənilər Qarabağda yanğınları da saxta əks-təbliğat faktına çevirdilər...


İlqar Hüseynli: “Ermənilərin hansıfikir söyləməsi nə yerli, nə də beynəlxalq ritorikada hər hansı bir əhəmiyyət daşımır”

Son günlər azad edilmiş ərazilərdə baş verən yanğın hadisəsi ətrafında Ermənistan mediası yeni saxta əks-təbliğat kampaniyası qurub.

Erməni mediası iddia edir ki, Qarabağ bölgəsində baş verən yanğınlar nəticəsində guya 100-ə yaxın tarix və mədəniyyət abidəsi təhlükə altındadır.

Elə qələmə verirlər ki, guya orda bunların “Tiqranakert” adlı “tarix-mədəniyyət” qoruqları varmış və yanğın bu abidəni də “təhdid edib”. Amaras kompleksi də guya bunlara aid imiş və sair.

Bunlar yenə olmayan erməni mədəni irsindən və o irsin “təhlükə ilə qarşılaşdığından” yazırlar.

Məsələ burasındadır ki, Qarabağdakı tarixi, mədəni abidələrin, o irsin ermənilərlə heç bir əlaqəsi yoxdur və onlar Azərbaycanın mədəni sərvətidir, Azərbaycan dövləti də o irsin qayğısına qalmağı bacarır. İkincisi də, yanğın başlayan andan proses nəzarətə götürüldü və aidiyyəti dövlət qurumları bütün gərəkli tədbirləri gördü. Bu gün də o əraziyə dövlət qurumlarının, ictimaiyyətin həssas münasibəti var. “Arsax irsi” deyilən bir nəsnə yoxdur və bu ermənilərin uydurmasıdır. Azərbaycan xalqının tarixi irsini oğurlayıb saxtalaşdıran ermənilər haray çəkirlər ki, azad ərazilərdəki tarix-mədəniyyət abidələri “təhlükədədir”. Unudurlar ki, Azərbaycan dövləti öz irsinə sahib çıxır, onu qoruyur, onların saxta əndişəsinə, yalan-palan dolu yazılarına ehtiyac yoxdur.

Digər tərəfdən, yanğın hadisəsi zamanıən böyük təhlükə ermənilərin bizim ərazilərimizdə basdırdıqları on minlərlə minalar olub ki, onların hər an partlayacağı bizi ciddi narahat edib. Əlbəttə, minaların partlaması nəticəsində daha böyük ziyanın dəyməsi böyük təhlükə olub. Yəni azad ərazilər üçün ən böyük təhlükə ermənilərin torpaqlarımıza “əkdikləri” minalardır.

“Biz ermənilərin yanğın hadisəsi ətafında bu cür çirkin kampaniya aparmasından təəccüblənməli deyilik, çünki...”

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bu, əsrlər boyu formalaşan erməni xislətinin açıq ifadəsidir: “Biz ermənilərin yanğın hadisəsi ətrafında bu cür çirkin kampaniya aparmasından təəccüblənməli deyilik, çünki bu, erməni xislətinə xas bir xüsusiyyətdir. Eyni zamanda da biz erməniləri həmişə əsassız iddialar irəli sürən görmüşük. Bizə qarşı haqsız torpaq iddialarında olublar, tarixi ərazilərimizin, toponimlərimizin adlarını saxtalaşdırıb onlara qondarma adlar veriblər. “Arsax”, “Tiqranakert”, “Yexidnazor” və sair kimi saxta adlarla yer-yurd adlarımızı dəyişdiriblər, tarixi saxtalaşdırıblar”.

İ.Hüseynli qeyd etdi ki, keçən əsrin 80-ci illərinin sonunda Ermənistanın Spitak (Hamamlı) şəhərində baş verən zəlzələ zamanı Azərbaycan onlara kömək göstərdi, 90-a yaxın vətəndaşımızı xilasetmə işlərinə göndərdi və hətta onlara humanitar yardım üçün gedən uçağımızı qəzaya uğratdılar. “Hətta bu cür humanitar aksiyanın özündə belə, bunlar amansız qəddarlıq nümayiş etdirirlər. Yəni bu baxımdan, onlar baş verənlərə təbiətdə baş verən ekoloji faciə kimi yanaşmağı, zənginliyin məhv olmasını bir yana qoyub “Arsax tarixi” ilə bağlıuydurma fikirlər tirajlayırlar. “Arsaxın” nə tarixi var, o ərazinin Ermənistanla hansısa bir bağlığımı var? Yəni bunlar hamısı erməni uydurmaları, erməni cəfəngiyatlarıdır, o xalqın xislətindən qaynaqlanan iddialardır. Ona görə də Azərbaycan öz işi ilə məşğuldur, öz gücünü, öz möhkəmliyini nümayiş etdirir. Regionda kifayət qədər güclü bir dövlətə çevrilib və bunu bütün dünya da artıq etiraf edir, hesablaşır. Bu baxımdan, ermənilərin nə söyləməyinin heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, Fövqəladə Hallar Nazirliyi, digər əlaqədar qurumlar, hətta minaaxtaranlara qədər bu prosesə cəlb olundular və həmin ərazilərdəki yanğını söndürdülər. Bu da Azərbaycanın və Azərbaycan xalqının gücünü, monolitliyini, həmrəyliyini bir daha göstərdi. Əsas olan budur. Ermənilərin hansıfikir söyləməsi nə yerli, nə də beynəlxalq ritorikada hər hansı bir əhəmiyyət daşımır”-deyə İ.Hüseynli qeyd etdi.

İradə SARIYEVA

Избранный
26
baki-xeber.com

1Источники