RU

İran "250 minlik İmişli düşərgəsində" köçkünlərimizə nə kömək edib ki?!...


Məcid Cavad Araz: "Bu adamlar əslində xalq tərəfindən seçilmirlər, onlar millət vəkili deyillər, onları hökumət təyin edib - onlar daha çox rejimin vəkilləridirlər"

İran mediasınin məlumatına görə, parlamentin Təbrizdən olan millət vəkili Əli Cəfəri Azər Azərbaycan dövlətinə və xalqına qarşı ikrah doğuran, riyakar və məkrli fikirlər səsləndirib.

Özü təmsil etdiyi Təbriz türklərinin problemlərinə laqeyd qalan bu ikiüzlü deputat 35 il əvvəl İmişlidə yerləşdirilmiş azərbaycanlı məcburi köçkünlər üzərindən siyasi mesaj verməyə çalışıb.

Cəfəri Azər açıq şəkildə Azərbaycan xalqını “nankor” adlandıraraq, guya İranın göstərdiyi “xeyirxahlığın” unudulmasından danışıb: “250 min nəfərlik İmişli düşərgəsində olan qadın və uşaqlar İran xalqının xeyirxahlığını unutmamalıdır”.

O, Təbriz şəhərinin içməli su problemi kimi real məsələlərini sadəcə formal şəkildə dilə gətirərək, əsas diqqəti xarici təhdidlərə yönəltməklə məsuliyyətdən yayınmağa çalışıb.

Deputat, habelə İsraillə münasibətlər mövzusunda Azərbaycan dövlətinə təhdid dolu sözlər deyib.

İran hökumətinin rəsmiləri 30 ildir məcburi köçkünlərə göndərdiyi 5-6 TİR lazımsız ərzaq yardımını başımıza qaxır. Biz dövlət olaraq, hətta ərzağa ehtiyacı olan düşmənimizə belə daha keyfiyyətli ərzaq yardımı göndərmişdik. İran isə bizə göndərdiyi qarğıdalı və lobyaya görə deyəsən peşman olub.

İkincisi də, bu ərzaq yardımı "Qırmızı Xaç Komitəsinin" xətti ilə verilirdi. Bu təşkilatın üzvü olan bütün dövlətlər qaçqın və məcburi köçkün problemi yaşayan dövlətlərə yardım etməyə borcludur.

Məlumdur ki, İran rəsmilərinin hədyanları Azərbaycan-İsrail münasibətləri səbəbindən qaynaqlanır. İsrail İrana ötən ay hücum edibsə, Ermənistan bizin torpaqlarımızı 30 il əvvəl işğal edib və bu düşmənçilik hələ də davam edir. Elə isə, İran nədən bizim düşmənlərimizlə qardaşlıq edir?

İsrail BMT-nin və bütün dünya dövlətlərinin tanıdığı subyektdir və Azərbaycan kimi yüzlərlə ölkə onlarla tərəfdaşdir. Biz İsrailə neft satmasaq, guya İsrail neft tapib ala bilməyəcək, yoxsa Azərbaycan neftinə müştəri tapılmayacaq?Bunun heç biri problem deyil. Problem odur ki, 44 günlük müharibədə İsrail bizə dəstək verdi, İran isə əlindən gələn əngəlləri törətdi ki, biz yenə məğlub olaq. İndi biz nəyə görə İranla düşmən olduğuna görə İsraillə düşmən olmalıyıq? İran rəsmiləri və cəmiyyət məgər bunun fərqində deyilmi?

Siyasi şərhçi Məcid Cavad Azər məsələni şərh edərkən baki-xeber.com-a deyib ki, bu adam əslində xalq tərəfindən seçilməyib, onlar millət vəkili deyillər, onlari hökumət təyin edib, onlar daha çox rejimin vəkilləridirlər: "Bu səbəbdən də onlar bütövlükdə İran rejiminin mövqeindən çıxış edirlər. Onların səsləndirdiyi fikirlərin xalqla heç bir əlaqəsi yoxdur. Bu adam rəsmən guya Təbrizin millət vəkilidir, amma o, xalqdan o dərəcədə qopmuş bir insandır ki, bölgə əhalisinin problemlərini belə dəqiq bilmir. Onun danışdıqlarının Təbriz və Güney Azərbaycan əhalisinin baxışları və mövqeyi ilə heç bir əlaqəsi yoxdur.

Cəfəri Azər tamamən rejimin içindəki bəlli mərkəzlərin mövqelərini dilə gətirir. Xüsusilə də bu adam rejimin mühafizəkar qanadına bağlı olduğundan (Pezeşkiana qarşı olan qanadın üzvüdür), belə nalayiq ifadələr dilə gətirir. O, tamamilə Tehrandakı paniranist, şovinist, fars millətçisi və aşırı mühafizəkar qanadın fikirlərini dilə gətirir".

Akif NƏSİRLİ

Избранный
29
baki-xeber.com

1Источники