RU

"Nissan" 4 ildən sonra ilk dəfə rüblük mənfəət itkisini açıqladı

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" son dörd ildən sonra ilk dəfə rüblük əməliyyat zərəri açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət ABŞ-ın idxal tarifləri və satış həcminin azalması səbəbilə 2025-ci ilin aprel–iyun aylarını əhatə edən maliyyə rübünü zərərlə başa vurub.

"Nissan" sözügedən dövr üçün 79,1 milyard yen (təxminən 534,6 milyon dollar) əməliyyat zərəri açıqlayıb. Bu rəqəm LSEG tərəfindən aparılmış analitik sorğusuna əsasən orta hesabla gözlənilən 123,9 milyard yen zərərdən daha aşağı olub.

Bununla belə, şirkətin may ayında əvvəlki maliyyə ilinə dair nəticələrini təqdim edərkən verdiyi proqnozda bu rüb üçün 200 milyard yen zərər gözlənilirdi. Faktiki zərər əvvəlki proqnozdan da daha yüngül olub.

Sərvanə Rəmixanova

Избранный
12
valyuta.az

1Источники