RU

Amsar kəndində Abbasqulu ağa Bakıxanovun ev muzeyi haqqında təəssürat - FOTO


Azərbaycan tarixşünaslığının banisi, görkəmli şəxsiyyət Abbasqulu ağa Bakıxanov 1794-cü ilin 21 iyununda Bakının Əmircan kəndində anadan olsa da, 1802-ci ildən başlayaraq fasilələrlə 22 il Qubanın Amsar kəndində yaşayıb. Amsar kəndi Bakıxanovun atasının dayısı olan Fətəli xan tərəfindənonlara bağışlanmışdı.

1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general A. Yermolovun dəvətilə Tiflisə gəlibQafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunubvə 26 il bu vəzifədə çalışmışdır. 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı “Gülüstan”adlı ədəbi məclis yaratmışdır.

Bu ilin iyun ayının 28-də Qubanın Amsar kəndində olan Abbasqulu ağa Bakıxanovun ev muzeyi ilə yaxından tanış olmaq üçün muzeyə getdim. Muzeyin çox sadə, zəhmətkeş bir kiçik kollektivi var. Muzeyin direktoru İradə Əlməmmədovanın verdiyi məlumata görə muzey 1989-cu ildə görkəmli dövlət xadimi Məmməd Əsədov Qubada birinci katib işləyərkən kənd əhalisini xahişi ilə yaradılıb.

Amsar kəndində Abbasqulu ağa Bakıxanovun ailəsinin yaşadığı ərazi indi də Ağanın bağı adlanır. Lakin muzey həmin ərazidə deyil kəndin mərkəzində köhnə qəbirstanlığın yerində bir mərtəbəli kiçik binada yerləşir.

Muzeyin eksponatları içərisində Bakıxanovlara məxsus olan qədim güzgü, A.A. Bakıxanovun şəkilləri,ona həsr olunmuş ktablar və XVIII əsrə aid məişət əşyaları var.

1999-cu ildə muzey təmir olunduqdan sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlunun, AMEA Tarix institutunun əməkdaşlarınıniştirakı ilə açılışı keçirilib.

Kənd əhalisinin təşəbbüsü ilə çətinliklə yaradılan Muzeyin təbliğinin istənilən səviyyədə qurulmaması təəssüf doğurmaya bilməz. Muzeyin yaxınlığında “Quba Şahdağ VİP sanatoriyası” yüksək səviyyədə fəaliyyət göstərməsinə baxmayaraq sanatoriyada istirahət edənlərin bu mədəniyyət ocağından demək olar ki, xəbəri yoxdur. Amsar kəndinə və Qubanın digər ərazilərinə gələn qonaqların, turistlərin Muzeyə gəlişini təşkil etmək rayonun aidiyyatı qurumlarının vəzifə borcudur. Təəssüf ki, onlar bu vəzufə borclarını lazımi səviyyədə yerinə yetirmirlər.

Bundan başqa muzeyə gələn ziyarətçilərin sayını artırmaq, paytaxt Bakıda olduğu kimi muzeyə girişi ödənişi etməklə az əmək haqqı alan işçilərin əmək haqqını artırmaq da mümkündür. Fikrimizcə Mədəniyyət Nazirliyi və rayonun aidiyyatı orqanları bu məsələ barədə ciddi fikirləşməli və öz işlərində köklü dəyişiklər etməlidirlər.

Muzeyin xatirə kitabına əməkdaşlara fəaliyyətlərində uğurlar arzulayaraq ürək sözlərimi yazdım. Bunda əlavə “ Yer üzündən silinmiş müdafiə stehkamı- Quba qalası” kitabımı Muzeyə hədiyyə etdim.

Məhərrəm ZÜLFÜQARLI
Tarix elmləri doktoru, professor

Избранный
21
baki-xeber.com

1Источники