RU

''Qalatasaray'' iki futbolçu ilə müqaviləni yenilədi

''Qalatasaray'' iki təcrübəli futbolçu ilə yeni müqavilə imzalayıb. Söhbət Əbdülkərim Bardakcı ilə Kaan Ayhandan gedir.

"Football-plus.az" xəbər verir ki, müdafiənin dirəyi hesab olunan Bardakcının müqavilə müddəti 2026-dan 2027-yə qədər uzadılıb.

Fərqli mövqelərdə oynamağı bacaran Ayhanın müqavilə müddəti isə 2027-dən 2028-ə qədər yenilənib. Maraqlıdı ki, Kaanın əvvəlki sözləşməsi bir neçə ay öncə yenilənmişdi. Mayın əvvəllərində onunla 2027-yə qədər müqavilə imzalanmışdı.

2023-ün yanvarında əvvəlcə icarəyə götürülən, 6 aydan sonra isə daimi əsasda transfer edilən 30 yaşlı Ayhan indiyə qədər ''sarı-qırmızılar''ın heyətində 98 rəsmi oyuna çıxaraq aktivinə 3 qol, 7 məhsuldar ötürmə yazıb.

Bardakcı isə 2022-nin yayından İstanbul nəhəngində çıxış edir. Ulduzu ''Konyaspor''da parladıqdan sonra o, həmin il 2,8 milyon avroya ''Cim-Bom''a transfer olunmuşdu.

Türkiyə yığmasının da aparıcı üzvü sayılan və məhsuldarlığı ilə də diqqət çəkən Əbdülkərim indiyə qədər ''Qalatasaray''da 126 rəsmi oyunda iştirak edərək aktivinə 15 qol, 6 məhsuldar ötürmə yazıb.

Избранный
10
football-plus.az

1Источники