"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu "Şkendiya" (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.
Şimali makedoniyalılar II təsnifat mərhələsindən FCSB-ni mübarizədən kənarlaşdırıblar. "Şkendiya" hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).
"Qarabağ" "Şkendiya" ilk görüşü avqustun 5-6-da səfərdə keçirəcək, cavab matçı isə 12-də Bakıda olacaq.
Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulan "Qarabağ" hər iki oyunda "Şelburn"dan güclü olub (3:0, 1:0).
ÇL: Cavab oyunlarına start verilib - YENİLƏNİB
"Qarabağ" - "Şelburn" matçına satılan biletlərin sayı açıqlanıb
Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
"Fənərbaxça"-"Feyenoord" matçının hakimləri açıqlanıb
"Sabah"ın avrokubok matçına satılan biletlərin sayı açıqlanıb