RU

Qurban Qurbanov: “Yeni oyunçulara ehtiyac olacaq”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında oyun haqqında fikirlərini bildirib.

Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar".

Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini vurğulayıb:

"Hər dəfə bu barədə danışıram. Heyətdə olan futbolçularımıza güvənirəm. Onların hər biri bizim üçün dəyərlidir. Lakin yeni oyunçulara ehtiyac olacaq. Çünki minimum UEFA Konfrans Liqasında qrup mərəhləsini təmin etdik. Ən azı futbolçuların sayının artması baxımından heyəti gücləndirəcəyik".

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
8
2
bizim.media

5Источники