Aktyor Leonardo Di Kaprio biznesini genişləndirmək qərarına gəlib.
Publika.az xəbər verir ki, o, İsraildə otel tikdirəcək.
Bu barədə “Jerusalem Post”un yaydığı məlumata görə, ulduz bu layihəni "Hagag Group" ilə birlikdə Herzliya Marinada həyata keçirməyə hazırlaşır.
Aktyor bu layihədə səhmlərin 10%-nə sahib olacaq. Səhmlərin qalan hissəsi isə "Hagag Group"a, həmçinin Ahikam və Lior Kohen qardaşlarına məxsus olacaq.
Plan 2024-cü ilin aprelində təqdim edilsə də, nəhayət indi təsdiqlənib.