RU

Bu şəxslərə ömürlük həbs cəzası verilə BİLƏR – YENİ TƏKLİF

İtaliyada qəbul olunan yeni qanun layihəsinə görə qadın qatilləri ömürlük həbsə məruz qalacaqlar. Bu qanun bir çox ölkədə, o cümlədən Azərbaycandan da müxtəlif müzakirələrə səbəb olub. Çoxluq bu qanunun Azərbaycanda da tətbiq edilməsinin tərəfdarıdır.
 

MÖVZU İLƏ BAĞLI 

Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var


Bu addıma ehtiyac var?

Bizim.Media mövzuyla bağlı "Təmiz Dünya"  Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikirlərini öyrənib.

O, ilk olaraq, qadın qətlinin ölkəmizdə ayrıca cinayət məsuliyyəti kimi sayılmamasına münasibət göstərib. Həmçinin İtaliyadakı sözügedən qanunun bizim ölkədə tətbiqinin mümkünlüyündən danışıb:


“Qadınlarla, insan alveriylə bağlı beynəlxalq aləmdə ciddi cəza metodları barədə müzakirələr gedir. Məişət zorakılığı və qadın qətlləriylə bağlı qanunlar sərtləşdirilir.

Hələ bizim qanunvericiliyimizdə qadın cinayəti ayrıca bir cinayət məsuliyyəti kimi tanınsın, sonra o məsələ müzakirə olunar.
 

Bizdə məişət zorakılığı ayrı yox, digər cinayət məsuliyyəti maddələriylə tənzimlənir. Məsələn, qəsdən adam öldürmə, təsadüfən adam öldürmə və s. Hələ biz qadın cinayətinin ayrıca cinayət məsuliyyəti  kimi tanınmasına nail olaq, sonra  ömürlük cəza məsələsinə keçək.


Hazırda bizim üçün prioritet olan mövzu Cinayət Məcəlləsinə ayrıca maddə əlavə olunmalı, qadın qətli şəxsiyyətə yönəlik cinayətlərdən biri kimi hesab olunmalıdır. Ondan sonra beynəlxalq standartlardan danışarıq”.

Mehriban Zeynalova İtaliyanın belə bir qanun layihəsi hazırlamasını təqdirəlayiq hesab edib.
 

“Məişət və yaxud gender əsaslı zorakılıq hallarında belə tədbirlərin görülməsi normal və təqdirəlayiqdir. İstənilən cinayət məsuliyyətinə aid müxtəlif müddəalar olur.


Hansı ağırlaşdırıcı halda şəxsə ağır cəzanın verilməsi və s. Məsələn, qadın 25 bıçaq zərbəsi alıbsa, ona işgəncə edilibsə, həmin cinayətkar ömürlük həbs almalıdır”, - deyə müsahibimiz qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
19
bizim.media

1Источники