RU

Bu bitki çayları yuxusuzluğa səbəb olur -Tövsiyələr


Hər bitki çayının sakitləşdirici təsiri yoxdur.

Medicina.az xəbər verir ki, bəzi otlar, məsələn, kofein və ya təbii stimulantlar mərkəzi sinir sistemini aktivləşdirərək yuxuya getməyi çətinləşdirir.

Bəziləri isə sidikqovucu xüsusiyyətlərinə görə, gecə oyanmasına səbəb ola bilər və yuxu keyfiyyətini azalda bilər.



1. YAŞIL ÇAY

Yaşıl çay antioksidan zənginliyi sayəsində bir çox sağlamlıq faydası təqdim edərkən, tərkibindəki 20-45 mq arasında dəyişən kofein yuxuya mənfi təsir göstərə bilər.

Həssas insanlarda onu axşam içmək yuxuya getməyi gecikdirə və yuxu keyfiyyətini azalda bilər.

2. JENŞEN ÇAYI

Enerji artırıcı təsiri ilə tanınan jenşen mərkəzi sinir sistemini stimullaşdıra bilər və həddindən artıq çox içildikdə yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.

Xüsusilə yatmazdan əvvəliçmək yuxuya getməyi çətinləşdirə bilər.



3. Zəncəfil çayı

Zəncəfil ümumiyyətlə həzmi dəstəkləmək və rahatlamaq üçün istifadə edilsə də, həddindən artıq çox içmək sinir sistemini stimullaşdıra bilər.

Bəzi insanlarda yuxu problemlərinə səbəb ola bilər. Lakin bu təsirlər adətən yüksək dozalarda müşahidə olunur.

4. DARÇINLI ÇAY

Metabolizmi gücləndirən təsirlərinə görə darçın yüksək dozalarda sinir sistemini stimullaşdıraraq yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər.

Normal istifadə ilə yuxuya mənfi təsir göstərmir.



TÖVSİYƏLƏR

Tərkibində kofein olan bəzi bitki çayları yuxusuzluğa səbəb ola bilər. Axşam saatlarında bu çaylardan imtina etmək tövsiyə olunur.

Bəzi otların sinir sistemini stimullaşdıran təsiri və sidikqovucu xüsusiyyətləri yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər.

Bitki çaylarını məsuliyyətlə və ölçülü şəkildə içmək sağlam yuxunu qorumaq üçün vacibdir.

Yuxu problemi yaşayanlar bitki çaylarının tərkibini yoxlamalı və lazım gələrsə peşəkar məsləhət almalıdırlar.

Aygün
Medicina.az

Избранный
36
medicina.az

1Источники