Kəlbəcərdə baş verən zəlzələ Ermənistanda hiss olunub. 1news.az xəbər verir ki, bu barədə Ermənistanın Seysmologiya Xidməti məlumat yayıb. 08:13 Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən 1news.az-a verilən məlumata əsasən, yerli vaxtla saa 00:13-də qeydə alınan zəlzələnin maqnitudası 3 olub. Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib. Zəlzələ hiss olunmayıb.