RU

Rusiya Çasov Yarı ələ keçirdini AÇIQLADI

Rusiya Müdafiə Nazirliyi bu gün Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Çasov Yar qəsəbəsini ələ keçirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti bildirib.

Ukrayna tərəfi hələlik iddia ilə bağlı rəsmi açıqlama verməyib. Ukraynanın Baş Qərargahı bu gün səhər saatlarında Rusiya qüvvələrinin Çasov Yar yaxınlığındakı məntəqələrə hücum etdiyini bildirib.

Cəbhə xətlərini göstərən Ukraynanın "DeepState" adlı açıq mənbəli xəritə saytı şəhərin qərb hissəsinə Ukrayna qüvvələrini nəzarət etdiyini bildirib.

Qeyd edək ki, Çasiv Yar Rusiyanın 2023-cü ildə müharibənin ən qanlı döyüşlərindən birindən sonra ələ keçirdiyi Baxmutun bir qədər qərbində yerləşir. Rus qoşunları ötən ilin yazında Çasov Yara çox yaxınlaşıblar.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib ki, Rusiya hərbi rəhbərliyi 2024-cü il mayın 9-dək Çasov Yarı ələ keçirmək vəzifəsini qoyub.

Избранный
26
1
modern.az

2Источники