Azərbaycanın təmsilçiləri Avropa Konfrans Liqasınin 2-ci təsnifat mərhələsinin cavab oyunlarına çıxacaqlar.
Operativ Media xəbər verir ki, "Sabah" doğma meydanda Moldovanın "Petrokub" klubunu qəbul edəcək. Tərəflər arasında ilk matç Masazır təmsilçisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.
"Araz-Naxçıvan" isə Yunanıstanda "Aris"in qonağı olacaq. İlk matçda "qırmızı-ağlar" 2-1 hesabı ilə qələbə qazanıb.
Digər təmsilçimiz "Zirə" isə Xorvatiyada "Hayduk"la üz-üzə gələcək. Bakıda keçirilən matçda qalib müəyyənləşməmişdi - 1:1.