RU

Azərbaycanda təhsil alan xarici tələbələr - Hansı ölkələrdəndir...

Son illərdə xarici tələbələr arasında Azərbaycanda oxumaq istəyənlərin sayında artım müşahidə olunur. Belə ki, 2022/2023-cü illərdə Azərbaycanda təhsil almağa gələn tələbələrin sayı 6 min 223 idisə, bu rəqəm 2023/2024-cü illərdə 6 min 680 olub.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, hazırda ölkədəki ali təhsil müəssisələrində 7 min 472 nəfər əcnəbi tələbə təhsil alır. Bu rəqəm əvvəlki illərlə müqayisədə artım dinamikasını qoruyur. 

Eyni zamanda dövlət xətti ilə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı da artaraq 1111 nəfərə çatıb. Bu rəqəm 2023/2024-cü illərdə 997 olub.

Ən çox tələbə Türkiyədən gəlib

Statistikaya əsasən, Azərbaycanda təhsil alan xarici tələbələr arasında say üstünlüyü Türkiyə vətəndaşlarına məxsusdur. Belə ki, 2024/2025-ci tədris ilində Azərbaycanda 3477 nəfər Türkiyə vətəndaşı ali təhsil alır.
Türkiyəni İran (942 nəfər), Rusiya (794 nəfər), Gürcüstan (668 nəfər), Hindistan (305 nəfər) və Pakistan (180 nəfər) izləyir.

Digər diqqətçəkən göstəricilər isə belədir:

Çin: 58 nəfər
Əfqanıstan: 43 nəfər
İordaniya: 28 nəfər
İraq: 53 nəfər
Suriya: 148 nəfər
Misir: 29 nəfər
Türkmənistan: 107 nəfər
Özbəkistan: 38 nəfər
Qazaxıstan: 80 nəfər
Qırğızıstan: 16 nəfər
Nigeriya: 94 nəfər
Sudan: 35 nəfər
Yəmən: 29 nəfər
Ukrayna: 57 nəfər
Digər ölkələr: 276 nəfər

Ən az sayda tələbə Belarus (8 nəfər), İsrail (6 nəfər) və Koreya Respublikası (1 nəfər) gəlib.
 

Избранный
11
modern.az

1Источники