RU

Zelenski: Dünya növbəti dəfə Rusiyanın Ukrayna, ABŞ və Avropa üçlüyünün sülh istəyinə cavabının şahidi oldu

“Gecə ərzində Rusiya tərəfi ölkəmizin ərazisinə 300 ədəd pilotsuz uçuş aparatı (PUA) və 8 raket vasitəsilə hücum edib. Nəticədə aralarında azyaşlı uşaq olmaqla, 6 nəfər ölüb”.

APA-nın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında yazıb.

O qeyd edib ki, Rusiya ordusunun hədəfində əsasən Dnepr, Sumı, Poltava, Nikolayev və paytaxt Kiyev olub.

Ukrayna liderinin sözlərinə görə, Kiyev digər ərazilərdən daha intensiv zərbələrə məruz qalıb. Nəticədə yaşayış binalarından birinin girişi tamamilə dağılıb: “Bu gün dünya növbəti dəfə Rusiyanın Ukrayna, ABŞ və Avropa üçlüyünün sülh istəyinə cavabının şahidi oldu. Bununla belə, tərəfdaşlarımızın əlində rəsmi Moskvanı sülhə və danışıqlara məcbur etmək üçün bütün vasitələr mövcuddur. Ümid edirik ki, Avropa və ABŞ-dan səsləndirilən fikirlər əməldə də təsdiqini tapacaq”.

Qeyd edək ki, Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərini dron atəşinə tutub. Hücum zamanı yaşayış binaları hədəfə alınıb, 6 mülki şəxs ölüb, 50 nəfərdən çoxu isə yaralanıb.

Избранный
24
apa.az

1Источники