AzVision.az xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak belə bəyanat səsləndirib.
“Təbii ki, problemin həllini tapacağıq. S-400 sistemləri 2017-ci ildə anlaşılmazlıq səbəbindən yaranan bir məsələdir. On ildən sonra biz tamam başqa vəziyyətdəyik və həll yoluna gedirik. Vaxtilə siyasi çəkişmələrə çevrilən F-35, F-16 və S-400 problemlərinin həlli var. Xüsusilə indi, ticarətin həcmini ildə 100 milyard dollara çatdırdığımız və NATO-nun Türkiyədən getdikcə daha çox yardım, məsləhət və dəstək gözlədiyi bir vaxtda”,- ABŞ səfiri “Habertürk” telekanalının efirində vurğulayıb.
Xatırladaq ki, Türkiyə Donald Trampın birinci prezidentliyi dövründə, 2019-cu ildə Rusiyadan S-400 sistemləri aldıqdan sonra F-35 proqramından çıxarılıb. ABŞ Türkiyənin proqrama qayıtmasının yalnız S-400-dən imtina etməsi ilə mümkün olacağını bildirib.
Maraqlıdır ki, artıq Ukraynaya “Patriot” HHM sistemləri tədarük etmiş və indən sonra Kiyevə daha 17 belə kompleks verməyi planlaşdıran Qərb Suariyanın şimlaında qızğın döyüşlərin getdiyi vaxt Ankaraya da bu sistemlərin verməkdən imtina etmişdi. Türkiyə “Patriot” komlekslərini öz HHM-ni gücləndirmək üçün Suriya ilə sərhəddə yerləşdirmək niyyətində idi.
Məhz Ankaranın çoxsaylı xahişləri nəticə vermədikdən sonra Türkiyə Rusiyadan S-400 sistemləri almaq məcburiyyətində qaldı.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта