RU

Bernie Sandersin İsrailə silah satışının qarşısını alan qanun layihəsinə rekord sayda müsbət səs verilib

BAKI, TurkicWorld

ABŞ Senatında İsrailə silah satışını əngəlləyən iki qanun layihəsinə çox sayda demokrat senator "hə" deyə səs verib və beləliklə, İsrail əleyhinə mövqe tutub.

TurkicWorld xəbər verir ki, ABŞ-ın müstəqil Vermont senatoru Bernie Sanders tərəfindən hazırlanan iki qanun layihəsi axşam saatlarında Senatın Baş Assambleyasında səsverməyə çıxarılıb.

Senatorlar İsrailə 675 milyon dollardan çox silah satışının qarşısını almağı hədəfləyən ilk qanun layihəsini 27 "hə" səsinə qarçılıq 70 "xeyr" ilə rədd ediblər.

Daha sonra səsə qoyulan və minlərlə avtomatik hücum tüfəngin İsrailə satışının qarşısının alınmasını təklif edən qanun layihəsinə 24 “hə” və 73 “xeyr” səsi verilib.

Sandersin təqdim etdiyi hər iki qanun layihəsi rədd edilsə də, 20-dən çox demokrat senatorun İsrailə silah satışına qarşı mövqe sərgiləməsi ABŞ Konqresində İsrailin baş naziri Binyamin Netanyahuya verilən limitsiz kreditin artıq əvvəlki qədər geniş olmadığına işarə kimi şərh edilib.

Amerika mətbuatında yer alan xəbərlər göstərir ki, bu, uzun illərdən sonra ilk dəfədir ki, bu qədər çox senator İsrailin əleyhinə səs verib.

Избранный
7
1
turkic.world

2Источники